baki irevan kollaj 1 900x543 1

*** 11:37

“Ermənistandan Azərbaycana malların ixracı da mümkündür”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorg Papoyan jurnalistlərə açıqlamasında deyib.

“Yalnız idxal deyil, ixrac da mümkündür, gözləyin, hər şey mümkündür. Gürcüstan dəmir yolundan kifayət qədər rəqabətli tarif almışıq, buna görə imkanlar çoxdur. Düşünürəm ki, yaxın zamanlarda həm Gürcüstan, həm də Azərbaycan tərəfi növbəti uğurlu razılaşmadan bəyanat verəcək və biz də bunu təsdiqləyəcəyik”, – deyə nazir bildirib.

Papoyan qeyd edib ki, ixrac edilə biləcək mallar arasında alüminium, heyvanlar, meyvə-tərəvəz, bəzi növ içkilər, müxtəlif növ tekstil məhsulları var.

“Aparılan araşdırmalar göstərir ki, bizim ixrac etdiyimiz mallar var, Azərbaycan isə onları idxal edir. İndi bu barədə danışıqlar gedir”, – deyə o əlavə edib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: