Azərbaycan bu qəribə görüntüdən danışır: gerçək bilindi – FOTO

*** 10:41

Hazırda sosial şəbəkələrdə tirajlanan bir foto günün müzakirə mövzusuna çevrilib.

Globalinfo.az xəbər verir ki, fotoda hasarın dəmiryolunun üzərində tikilməsi əks olunub. Sözügedən hal sosial şəbəkələrin Azərbaycan seqmentində birmənalı qarşılanmayıb. Vətəndaşlar aidiyyəti qurumların məsələ ilə bağlı hərəkətə keçməli olduqlarını yazıblar.

Saytımızın araşdırması zamanı məlum olub ki, həmin foto Azərbaycanda deyil, ərəb ölkələrindən birində çəkilib. Sosial şəbəkələrin ərəb seqmentində kütləvi şəkildə paylaşılan fotonun İraqın Mosul şəhərinin cənubunda yerləşən Əl-Cərnafda çəkildiyi qeyd edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən də bildirilib ki, sosial şəbəkədə yayılmış foto Azərbaycanda çəkilməyib.

Tamerlan Yayaqan
Globalinfo.az