
Azərbaycanın milli aviadaşıyıcısı təyyarədə sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə təlimat videosu hazırlayıb.
“Azərbaycan Hava Yolları” QSC-dən Globalinfo.az-a verilən məlumata görə, təhlükəsizlik təlimatında kəmərlərdən düzgün istifadə, əşyaların salonda yerləşdirilməsi və fövqəladə hallarla bağlı davranış qaydaları göstərilir.
“Bu video, həmçinin Azərbaycanın mədəni irsi və gözəlliklərini vurğulayır”, – məlumatda qeyd olunur.














