Azad olunmuş 4 kənd minalardan belə təmizlənir – Rəsmi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Qazaxın işğaldan azad olunmuş 4 kəndindəki mina təmizləmə prosesindən danışıb.

Globalinfo.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında hazırda sözügedən ərazidə minatəmizləmə prosesinin aparıldığını bildirib.

“Qazaxın işğaldan azad olunmuş kəndlərində ANAMA-nın bir qrupu, 2 minatəmizləyən maşını və Dövlət Sərhəd Xidmətinin minatəmizləyənləri işlərə cəlb olunub”, – sədr deyib.

Vüqar Süleymanov onu da əlavə edib ki, proses tapşırıqlara uyğun həyata keçirilir: “Biz tapşırıqlara uyğun işləyir, ona görə dəyərləndirmə aparır və işçi qüvvəsi, texnika, eləcə də avadanlıq cəlb edirik”.