Azərbaycanlı müğənni İstanbulda taksi sürücü tərəfindən döyüldü – FOTO

Azərbaycanlı müğənni İstanbulda taksi sürücü tərəfindən döyüldü - FOTO

Azərbaycanlı müğənni Nərgiz Bağıyeva İstanbulda taksi sürücüsü tərəfindən döyülüb.

Globalinfo.az bildirir ki, APA-nın “Habertürk”ə istinadən verdiyi xəbərə görə, hadisə Beyoğlunda qeydə alınıb.

Nərgiz Bağıyeva işdən evə gedərkən avtomobilini ötmək istəyən taksi sürücüsü onun maşınına çırpılıb. Müğənni siqnal verərək taksini saxlatmağa çalışıb, daha sonra isə sürücünün hücumuna məruz qalıb. Taksi sürücüsü sənətçinin başını yolun kənarındakı metal baryerə vurub.

Ağır kəllə-beyin travması alan müğənninin burnu qırılıb.

Nərgiz Bağıyeva hadisə ilə bağlı polisə müraciət edib.

Azərbaycanlı müğənni Nərgiz Bağıyeva İstanbulda taksi sürücü tərəfindən döyülüb