Azərbaycanlı deputat 15 nəfərin ölümünə görə saxlanıldı

Rusiyanın Kostroma şəhərində 15 nəfərin faciəvi şəkildə öldüyü, 49 nəfər xəsarət aldığı “Poliqon” kafesindəki yanğına görə obyektin azərbaycanlı sahibi, Kostroma vilayət dumasının deputatı İxtiyar Mirzəyev saxlanılıb.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, İxtiyar Mirzəyev Cinayət Məcəlləsinin “yanğın təhlükəsizliyinin pozulması iki və daha çox insanın ölümünə səbəb olduqda” maddəsi üzrə saxlanılıb.

Qeyd edək ki, kafenin müştəriləri arasında qalmaqal yaranıb və nəticədə 23 yaşlı hərbi qulluqçu Stanislav İonkin atəş açıb. Nəticəsində 15 nəfər həlak olub, xəsarət alan 49 nəfər tibb müəssisələrinə yerləşdirilib. Stanislav İonkin həbs edilib.