1663303780 a5aa462233bf362220dc6658cb6c66e1

Salyanda dörd ay əvvəl itkin düşmüş kişinin meyiti tapılıb.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, rayonun Qarabağlı kənd sakini, 1976-cı il təvəllüdlü Rəhim Mustafayev bir neçə ay əvvəl ov tüfəngi ilə evdən çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Onun itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Polis əməkdaşları tərəfindən aparılan axtarış tədbirləri nəticəsində kişinin meyiti “Qanlı dərə” ərazisində aşkar olunub.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Paylaş: