“Ayla” vəfat etdi

“Ayla” filminin real qəhrəmanı koreyalı Kim Eunja ötən gün 80 yaşında vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Seuldakı səfirliyi məlumat yayıb.

Bildirilir ki, o, 2022-ci ildə COVID-19-a yoluxduqdan pnevmoniya olub. Son dövrlərdə demensiya xəstəliyinə tutulan Kim Eunja yenidən sətəlcəm olub və müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, gerçək hadisəyə əsaslanan “Ayla” filmi Koreya müharibəsi zamanı beş yaşlı kimsəsiz bir qıza sahib çıxan türkiyəli zabit Süleyman Dilbirliyi ilə Ayla adını verdiyi qızın duyğulu həyat hekayəsini ekranlara gətirmişdi.

2017-ci ildə ekranlara çıxan film 8 mükafat alıb.