Aygün Kazımova finaldan öncə çıxış edəcək

Azərbaycanın Xalq artisti Aygün Kazımova kubokun final görüşündə konsert proqramı ilə çıxış edəcək.

Bu barədə Peşəkar Futbol Liqasının (PFL) Mətbuat Xidməti Globalinfo.az-a məlumat verib.

“Zirə” və “Qarabağ” klubları arasında keçiriləcək final görüşündən öncə Xalq artisti Aygün Kazımova konsert proqramı ilə azarkeşləri salamlayacaq.

PFL-in rəsmiləri Azərbaycan Kubokunun final görüşünün rəngarəng alınması üçün çalışdıqlarını bildiriblər.

Qeyd edək ki, “Zirə” – “Qarabağ” matçı iyunun 2-də baş tutacaq.