
Aygün Bəylər xərçəngdən sağalıb.
Globalinfo.az AZXEBER.COM-a istinadən xəbər verir ki, bu haqda aparıcı ARB telekanalında yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Baxşəliyeva deyib.
O, bildirib ki, əməkdar artist Aygün Bəylər artıq xərçəngdən sağalıb: “Həkim mənə Aygün Bəylərin analizlərinin cavabını göndərdi. Sonra gedib xəstəxanada onu gördüm. Həkimlərə təşəkkür edirdi. Artıq sağalıb” – deyə, aparıcı söyləyib.
Qeyd edək ki, Aygün Bəylər süd vəzi xərçəngindən əziyyət çəkirdi.














