HƏMAS lideri Yəhya Sinvarın İsrailin hücumu nəticəsində öldürüldüyü iddia edilir.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, Qəzzada keçirilən əməliyyat zamanı HƏMAS-ın bir neçə üzvü öldürülüb ki, onlardan da birinin Yəhya Sinvar olması ehtimalı var.
Yayılan fotodakı şəxsin Y.Sinvara bənzəməsi iddiaları gücləndirsə də, HƏMAS-dan hər hansı açıqlama verilməyib.














