AYB yazıçılara verilən evlə bağlı açıqlama yaydı

Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidməti bir qrup yazıçıya ev verilməsi ilə bağlı açıqlama yayıb.

AYB-dən Globalinfo.az-a daxil olan açıqlamada deyilir:

“Sosial şəbəkələrdə ayrı-ayrı şəxslər tərəfindən doğru olmayan məlumatlar yayılır. Təəssüf ki, bəzi saytlar dəqiqləşdirmədən bu yalan məlumatları xəbərə çevirirlər”.

Əvvəla, Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyliyə mənzil verilməyib.

İkincisi, Yazıçılar Birliyinin sədri Anarın katibəsi mənzil təqdim edilən şəxslərin siyahısında yoxdur.

Bundan başqa, Yazıçılar Birliyinin sədrinin müşaviri Rauf Aslanov Birliyin üzvü deyil. Son olaraq İlqar Fəhminin katibəsi kimi təqdim edilən Şəmsiyyə Camalova idarənin kompüter operatorudur.

Media nümayəndələrindən məlumatları yayarkən dəqiqləşdirmə aparmalarını xahiş edirik.

Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidməti”.