Axundla qaçan 16 yaşlı qız haqda son xəbər: Ailəsi… – RƏSMİ

Axundla qaçan 16 yaşlı qız haqda son xəbər: Ailəsi... - RƏSMİ

Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində axundun 16 yaşlı qızı qaçırması cəmiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, sözügedən hadisə ilə bağlı bir sıra suallar hələ də qaranlıq qalır.

Bu məsələ dövlət səviyyəsində araşdırılırmı? İş nə yerdədir?

Globalinfo.az bununla əlaqəli Ailə, QadınUşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu ünvanlayıb.

Qurumun uşaq məsələləri şöbəsinin böyük məsləhətçisi Şəbnəm Cəfərova bildirib ki, hazırda hüquq-mühafizə orqanlarında araşdırmalar davam edir:

“Məsələ barəsində Abşeron rayon İcra Hakimiyyəti qadının ailəsini ziyarət edib və qızla bağlı aparılıb. Ailə Məcəlləsinə görə, hazırda nikah yaşı 18 yaş müəyyənləşdirilib, həmçinin 2025-ci ilin 1 iyul tarixindən qüvvəyə minəcək dəyişikliyə əsasən, nikah yaşının 1 yaş azaldılması mümkün olmayacaq.

Bundan əlavə, digər hüquqi aktlarda da bu sahədə dəyişikliklər nəzərdə tutulub. Axund kimi fəaliyyət göstərmiş şəxslə bağlı həyata keçiriləcək tədbir isə aparılan araşdırma sonrası müəyyən edilə bilər”.

Ləman Hüseynzadə
Globalinfo.az