Azərbaycanda nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə o, 10 gün ərzində dövlət qeydiyyatından keçirilməlidir.
Globalinfo.az Oxu.Az-a istinadən bildirir ki, bu barədə tələb “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişikliyə salınıb.
Qeyd edək ki, qanun layihəsi Milli Məclisin iclasında üçüncü oxunuşda səsə qoyularaq qəbul olunub.














