Avtomobil motosikletlə toqquşdu – Xəsarət alan var

Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var

Göyçayın Çayarxı kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 215-ci kilometrliyində, kəndin ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardım avtomobili ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.