Avtobusların kondisioner problemi: Kimdir müqəssir, BNA yoxsa, sürücü?

Havaların temperaturunun yüksəlməsinə baxmayaraq, avtobuslarda kondisionerlər hələ də qoşulmayıb. Bu isə ictimaiyyət arasında haqlı narazılıqlara səbəb olub. Bəs kondisionerlər nə vaxt işə düşəcək?

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən (BNA) Globalinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, kondisionerin qoşulması sürücülərdən asılıdır:

“Rəsmi açıqlamada biz yay mövsümünün 15 iyunda başlamasını desək də, sürücülərə havaların isindiyi zaman kondisioneri qoşmaları ilə bağlı tapşırıq verilib. Artıq bunu sürücü tənzimləyir və məsuliyyəti sürücülər daşıyır. Temperatur hava şəraitinə uyğun tənzimlənməlidir”.

Zaira Akifqızı
Globalinfo.az