Avtobus çaya aşdı – 6 nəfər öldü

İspaniyanın şimal-qərbində sərnişin avtobusu çaya aşıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Hadisə nəticəsində altı nəfər ölüb, iki nəfər yaralanıb.

Sağ qalan iki nəfər – 63 yaşlı sürücü və bir qadın sərnişin yanğınsöndürənlər tərəfindən kəndirlə çaydan çıxarılaraq xəstəxanalara aparılıb.