2 34

Azərbaycan 12 xalı İtaliyaya verib.

Globalinfo.az xəbər verir ki, səsləri Azərbaycanın 2012-ci ildə “Avroviziya” təmsilçisi Səbinə Babayeva səsləndirib.

Bundan başqa 10 xal Ukraynaya, 8 xal Serbiyaya, 7 xal Xorvatiyaya, 6 xal isə Albaniyaya verilib.

***02:10

Avstriyada “Avroviziya 2026” mahnı müsabiqəsinin finalında bütün ölkələrin çıxışı yekunlaşıb.

Globalinfo.az xəbər verir ki, hazırda ölkələr səslərini açıqlayır.

***23:10

“Avroviziya 2026” mahnı müsabiqəsinin final gecəsi başlayıb. 

Globalinfo.az xəbər verir ki, bu gecə iki yarımfinaldan finala yüksələn 20 ölkə və birbaşa finala vəsiqə qazanan 4 ölkəev sahibi Avstriya iştirak edir.

Finalda çıxış edəcək ölkələr bunlardır: Danimarka, Belçika, İsrail, Almaniya, Albaniya, Yunanıstan, Ukrayna, Avstraliya, Serbiya, Malta, Çexiya, Bolqarıstan, Xorvatiya, Birləşmiş Krallıq, Fransa, Moldova, Finlandiya, Polşa, Litva, İsveç, Kipr, İtaliya, Norveç, Rumıniya, Avstriya.

Xatırladaq ki, ikinci yarımfinalda çıxış edən Azərbaycan finala keçə bilməyib.

Paylaş: