
“Avroviziya 2025” mahnı müsabiqəsinin qalibi Avstriya oldu. Ölkəni JJ “Wasted love” mahnısı ilə təmsil edib.
Globalinfo.az xəbər verir ki, o, ümumilikdə 436 xal toplayıb.
İkinci yerdə İsrail, üçüncü yerdə isə Estoniya qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan ən yüksək xalı, yəni 12 xalı İsrailə verib. Bundan başqa İsveçrə (1), Almaniya (2), Niderland (3), Polşa (4), İspaniya (5), Portuqaliya (6), Estoniya (7), Ukrayna (8) və İtaliya (10) Azərbaycandan səs alıb.
Aysel Əliyeva
Globalinfo.az