
“Avroviziya – 2025″in ilk yarımfinal mərhələsi keçirilib.
Azərbaycan təmsilçisi “Mamagama” qrupu müsabiqənin ilk yarımfinal mərhələsini adlaya bilməyib.
Yarımfinalın digər mərhələsi mayın 15-də baş tutacaq.
Mahnı müsabiqəsinin qalibi isə mayın 17-də keçiriləcək final mərhələsində məlum olacaq.
***00:36
Azərbaycan təmsilçisi “Mamagama” qrupu İsveçrənin Bazel şəhərində keçirilən “Avroviziya 2025” mahnı müsabiqəsində çıxış edib.
Globalinfo.az xəbər verir ki, təmsilçi “Run with U” mahnısı ilə təmsil olunub.
Qeyd edək ki, qrup 10-cu nömrə altında çıxış edib və performansı ilə diqqət çəkib.
Təmsilçimiz “Mamagama” ilk yarımfinal mərhələsindəki çıxışını uğurla başa vurub.
Qrupun səhnəyə sazla çıxması maraqla qarşılanıb:
***23:10
“Avroviziya – 2025” mahnı müsabiqəsi başlayıb.
Globalinfo.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.
Bu gün müsabiqənin ilk yarımfinal mərhələsi keçirilir və Azərbaycan 10 nömrə altında çıxış edir.
Yarımfinalın digər mərhələsi mayın 15-də baş tutacaq.
Mahnı müsabiqəsinin qalibi isə mayın 17-də keçiriləcək final mərhələsində məlum olacaq.














