“Avroviziya 2024” təmsilçimiz müəyyənləşdi – FOTO

Azərbaycanı “Avroviziya 2024” mahnı müsabiqəsində təmsil edəcək ifaçının adı açıqlanıb.  

Globalinfo.az bu barədə “Avroviziya”yanın rəsmi saytında məlumat verilib.

Bildirilib ki, yarışmaya bu il iştirakçı kimi Fahree (Fəxri İsmayıl) gedəcək.

Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar yeddi və doqquz may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb.

Təmsilçimiz birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.