Başının üstündən Rəsulzadənin rəsmini asıb deyirdi ki… – İnanılmaz metod

Qırmızı terrorçular – bolşeviklər Azərbaycanı işğal edəndən sonra azərbaycanlılara qarşı sözün əsl mənasında repressiyalar həyata keçirməyə başladılar. Təkcə Bakıda minlərlə insan ilk sovet məxfi polis təşkilatı olan Əks-inqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyası (ÇEKA) tərəfindən dindirilmişdi. Əksər insanlar dindirilmə zamanı Azərbaycan Cümhuriyyəti və Müsavatla heç bir əlaqəsi olmadığını deyirdi. Moskva isə tələb edirdi: bütün cümhuriyyətçilər və müsavatçılar həbs edilməli idi.

Sovetləşmənin ilk günlərindən Azərbaycanda hər hansı müqavimət ocağını amansızcasına yerlə yeksan edirdilər, hətta ən kiçik silahlı dəstələri də bandit adlandıraraq məhkəməsiz, istintaqsız güllələyirdilər. Az-çox iş qabiliyyyəti olan kəndlilər qolçomaq adı ilə məhv edilirdi.

Ancaq Bakıda dindirilənlərin bir çoxu istintaqdan təmiz çıxırdı. Moskva isə qorxurdu.

Bolşevik işğalına qarşı gizli müqavimət hərəkatının fəaliyyəti onları çox narahat edirdi. Çünki Müsavatçılar silahlı üsyan yolu ilə işğala son qoymaq məqsədilə MK nəzdində hərbi təşkilat yaratmışdılar.

Bunu eşidən ÇEKA-nın qurucularından biri olan Feliks Dzerjinski yeni metoda əl atır. O tapşırıq verir ki, “dindirilmə zamanı başınızın üstündən Məhəmməd Əmin Rəsulzadə və Nəsib bəy Yusifbəylinin rəsmlərini asın və onların adını tez tez çəkin. Əgər dindirilən şəxs ad çəkilən zaman o rəsmlərə baxsa, mütləq həbs edin”. Psixoloji təzyiq zamanı dindirilən adamları rəsmlərə baxmasını məcbur edirdilər ki, sizi bu şəxslərlə görüblər. Adlarını deyin, sizi azad edək. Deyin bu adamları tanıyırıq və onlar bizi məcbur edirdilər. Dindirilən şəxslərə təklif edirdilər ki, deyin bizi zorən müsavatçı ediblər və bu iki şəxsi tanıyırdılar və onlar bunları aldadıblar.

Belə tələyə düşüb rəsmdəki adları çəkənləri “gizli müsavatçı” adı ilə dərhal ya sürgün edirdilər, ya da yerindəcə güllələnmə əmri verirdilər. Bu yolla yüzlərlə insan repressiya və terror qurbanı oldular.

Zaur Əliyev, dosent
Globalinfo.az