Rusiya Odessa vilayəti yaxınlığında Ukraynaya Avropadan silah daşıyan gəmini məhv etdiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, gəmi “İsgəndər” raketi ilə vurulub. Rəsmi Moskva gəmini silahların gəmidən boşaldıldığı zaman vurulduğunu açıqlayıb.
Rusiya tərəfinin yaydığı məlumatı nə Qərb ölkələri, nə də Ukrayna hələ şərh etməyib.
Əliyar Xəlil
Globalinfo.az














