Avropadan ABŞ-a “yaşıl işıq” – Qərar dayandırıldı

Avropadan ABŞ-a "yaşıl işıq" - Qərar dayandırıldı

Avropa İttifaqı (Aİ) ABŞ-ın tariflərinə cavab olaraq planlaşdırılan əks tədbirlərin birinci mərhələsini 90 gün təxirə salmağı düşünür.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenə istinadən məlumat yayıb.

Bildirilib ki, qərar ABŞ Prezidenti Donald Trampın açıqlamasından sonra verilib.

“Danışıqlara şans vermək istəyirik”, – deyə Leyen vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Tramp 75-dən çox ölkənin cavab tədbiri görmədiyini və danışıqların aparılmasını tələb etdiyini, buna görə də Çindən başqa hamı üçün 10% əsas idxal rüsumlarının 90 gün ərzində qüvvədə olacağını söyləyib.

Əliyar Xəlil
Globalinfo.az