“Avropa mövcud qaydalara uymağa davam edərsə, müasir silahlanma yarışında qalib gələ bilməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu “Politico”ya açıqlamasında fransız admiral Pyer Vandye deyib.
“Ümid edirəm ki, NATO-nun 2025-ci il Haaqadakı sammitində Avropa ittifaqına (Aİ) bununla bağlı mesaj veriləcək”, – Vandye bildirib.
Onun sözlərinə görə, Avropa tezliklə silahlanması üçün daha çox ödəniş etmək məcburiyyətindədir:
“Müharibənin yalnız texnologiya ilə daha ucuz və ağrısız olacağını düşünənlər varsa, onlar özlərini aldadırlar”.
Əliyar Xəlil
Globalinfo.az