4 saatlıq müzakirə: Rusiya ilə bağlı qərar verildi

Avropa Parlamenti Rusiyanı terrorizmi dəstəkləyən dövlət kimi tanıyan qətnamənin mətni ilə bağlı razılığa gəlib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin deputatı Andrius Kubilius tviter hesabındakı paylaşımında bildirib

“Avropa Parlamentinin siyasi qrupları arasında 4 saat çəkən müzakirələrdən sonra mətnlə bağlı razılığa gəlinib. Əsas xətt budur: “Avropa Parlamenti … Rusiyanı terrorizmi dəstəkləyən və terror vasitələrindən istifadə edən dövlət kimi tanıyır ””, – deyə Kubilius qeyd edib.