ai

ABŞ-ın hərbi kontingentlərini Avropa İttifaqına () üzv ölkələrdən çıxarmaq təhdidindən sonra Türkiyə alternativ kimi nəzərdən keçirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Turkiye” qəzeti məlumat yayıb.

“Türkiyənin hərbi potensialı və Britaniyanın qlobal təcrübəsi bu tərəfdaşlığı digərlərindən fərqləndirir. Avropanın getdikcə daha çox Türkiyə zəmanətlərinə ehtiyacı var”, – deyə Türkiyənin Liviyadakı keçmiş səfiri Uluç Özülker deyib.

O əlavə edib ki, Türkiyə ilə Böyük Britaniya arasında strateji tərəfdaşlıq müqaviləsi Avropa təhlükəsizliyi məsələsindəki real ehtiyacları birbaşa həll edir.

Mütəxəssislərin fikrincə, Avropa ABŞ-sız yeni bir dövrə qədəm qoyur və onlar diqqəti Ankaranın bu prosesdəki roluna yönəldirlər.

Əvvəllər bildirilirdi ki, ABŞ qitədəki hərbi mövcudluğunu tədricən azaltmaq qərarına gələrsə, Avropanın təhlükəsizlik sistemini çökdürə bilər.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: