Avropa ölkələrinin liderləri Macarıstanın Baş naziri Viktor Orbanın ABŞ-ın keçmiş prezidenti Donald Trampın noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə onu noyabrın 8-ində Budapeştdə keçiriləcək Aİ-nin qeyri-rəsmi sammitində videobağlantı vasitəsilə çıxış etməyə dəvət edəcəyindən ehtiyat edir.
Globalinfo.az xəbər verir ki, “Bloomberg” bu barədə bir sıra Aİ ölkələrinin diplomatlarına istinadən məlumat yayıb.
Avropa İttifaqında şübhələr yaranıb ki, oktyabrın 31-də Macarıstanın Baş naziri ABŞ-ın keçmiş prezidenti ilə telefon danışığında bu ehtimalı müzakirə edib.
Avropalı diplomatlar qeyd edir ki, Trampın Amerikadan hətta videobağlantı vasitəsilə Aİ sammitində iştirakı bir çox Aİ liderinin narazılığına səbəb olacaq.
Qeyd edək ki, Macarıstanın baş naziri uzun müddətdir ki, ABŞ-ın seçki kampaniyasında Trampı açıq şəkildə dəstəkləyir.














