hormuz1 900x506 2

“Şərait imkan verdikdə Hörmüz boğazında mina təmizləmə əməliyyatında iştirak etmək mümkündür. Bunun üçün hazır vəziyyətdə minaaxtaran gəmi saxlayırıq”.

Globalinfo.az xəbər verir ki, bunu Belçikanın müdafiə naziri Teo Franken deyib.

Almaniyanın müdafiə naziri Boris Pistorius isə məsələyə belə münasibət bildirib:

Hörmüz boğazında minaların təmizlənməsi üzrə hər hansı missiyada iştirak etməzdən əvvəl İran və Omanın razılığı, eləcə də parlament mandatını əhatə edən əlverişli bir mühitin mövcud olması lazımdır”.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Trampın G7 sammitində Avropa liderləri ilə gizli razılıq əldə etdiyi ortaya çıxıb.

Belə ki, Ağ Ev rəhbəri liderlərdən Hörmüz boğazının minalardan təmizlənməsi üçün yardım göstərmələri üçün dəstək istəyib. İddialara görə, Tramp bunun qarşılığında Ukraynaya yardım edəcək.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: