Avropa İttifaqı Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına Ukraynaya əlavə maliyyə yardımı ayırmağı planlaşdırır. Söhbət 2,1 milyard avro həcmində vəsaitdən gedir.
Globalinfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
Bu vəsait Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi, iqtisadi dayanıqlılığının artırılması və infrastruktura dəstək məqsədilə istifadə olunacaq.
“Bu həftə Aİ Rusiya Mərkəzi Bankının qiymətli kağızlar üzrə mərkəzi depozitarlarda saxlanılan immobilizasiya edilmiş aktivlərindən 2,1 milyard avro gözlənilməz mənfəət tələb edib. Bu məbləğ 2024-cü ilin iyulunda təqdim edilən birinci tranşdan sonra bu cür ikinci transfer olacaq. Bu, 2024-cü ilin ikinci yarısında yığılan gəlirləri əhatə edir”, – məlumatda bildirilib”, – məlumatda deyilir.
Aysel Əliyeva
Globalinfo.az














