Aİ Ermənistana yeni missiya göndərir – Müddət təəccüb doğurdu

AB Ermənistan sərhədinə iki yüz nəfər göndərir

Avropa Birliyi bir ay sonra Ermənistana yeni müşahidə missiyası göndərə bilər.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Azatutyun” radiosu öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, missiyanın göndərilməsi barədə qanun layihəsini dünən Avropa Birliyinin Mülki Məsələlər Komitəsinin Antiböhran İdarəsi təsdiqləyib. Layihəyə əsasən, yeni göndəriləcək missiyanın Ermənistanda qalma müddəti minimum iki il olacaq. Üstəlik, qanun layihəsi təsdiqlənəcəyi halda missiyanın tərkibinə azı 200 mütəxəssis daxil ediləcək.

Aqşin
Globalinfo.az