İtaliya eyni vaxtda həm rekord istilərlə, həm də güclü yağışlar və meşə yanğınları ilə mübarizə aparır.
Globalinfo.az xəbər verir ki, ölkənin mərkəzi və cənub bölgələrini təsiri altına alan isti hava dalğası səbəbindən Siciliya və Sardiniya adalarında havanın temperaturu 45 dərəcəyə çatıb.
Ölkənin Səhiyyə Nazirliyi həddindən artıq istilərlə əlaqədar 16 şəhərdə “qırmızı həyəcan” elan edib. Bildirilib ki, sabahdan etibarən Ankona, Kataniya və Çivitavekkiya şəhərlərinin də siyahıya əlavə olunması ilə ən yüksək həyəcan səviyyəsi tətbiq edilən şəhərlərin sayı 19-a yüksələcək.
Hazırda Bolonya, Breşiya, Kalyari, Kampobasso, Florensiya, Frozinone, Genuya, Latina, Milan, Palermo, Peruçiya, Peskara, Rieti, Roma, Turin və Viterbo şəhərlərində qırmızı xəbərdarlıq qüvvədədir.
Bununla yanaşı, Avropanın müxtəlif bölgələrində meşə yanğınlarının söndürülməsi istiqamətində işlər davam etdirilir. Səlahiyyətli qurumlar sakinləri və turistləri zəruri olmadıqca açıq havada uzun müddət qalmamağa, bol maye qəbul etməyə və rəsmi xəbərdarlıqları izləməyə çağırıb.
Tahir Turan
Globalinfo.az