Avropa çempionatı: Güləşçilərimizdən üç medal

Avropa çempionatı: Güləşçilərimizdən üç medal

Serbiyanın Novi Sad şəhərində güləş üzrə 20 yaşlılar arasında Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Globalinfo.az-a verilən məlumata görə, bu gün yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.

Azərbaycanın güləşçiləri U-20 Avropa çempionatının son günündə 3 medal qazanıb.

İsmayıl Rzayev (82 kq) finalda türkiyəli Alperen Berberlə qarşılaşıb. O, rəqibinə məğlub olaraq gümüş medal qazanıb.

Tural Əhmədov (60 kq) və Ruslan Nurullayev isə üçüncü yer uğrunda görüşlərdə rəqiblərinə qalib gəlməklə bürünc medala sahib çıxıblar.

Qeyd edək ki, daha əvvəl Məhəmməd Şükürzadə (63 kq) bürünc medal qazanmışdı.