Avropa çempionatı: Azərbaycan millisi 4 medal qazandı

 

Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanda keçirilən Avropa çempionatında fərdi yarışı dörd medalla başa vurublar.

Globalinfo.az-ın məlumatına görə, son olaraq Sübhan Axundov (+90 kq) gümüş mükafat əldə edib.

Beləliklə, oğlanlardan ibarət yığma medal sıralamasında ikinci olub.

Qeyd edək ki, turnir iyunun 30-da komanda yarışı ilə başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) və Cəsur İbadlı (73 kq) bürünc medal qazanıblar.