AVRO-2024: Türkiyə Portuqaliyaya uduzdu – YENİLƏNİB – CANLI

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində daha bir oyun baş tutub.

Globalinfo.az-ın məlumatına görə, F qrupunun II turunda Türkiyə millisi Portuqaliya ilə üz-üzə gəlib.

Qarşılaşma “ay-ulduzlular”ın məğlubiyyəti ilə bitib – 0:3.

XXX

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun Türkiyə – Portuqaliya matçında üçüncü qol vurulub.

Globalinfo.az-ın məlumatına görə, Brunu Fernandeş 56-cı dəqiqədə növbəti dəfə “ay-ulduzlular”ı məyus edib.

Hazırda Portuqaliya komandası 3:0 hesabı ilə öndədir.

XXX

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun Türkiyə – Portuqaliya matçında hesab açılıb.

Globalinfo.az-ın məlumatına görə, portuqaliyalı Bernardu Silva 21-ci dəqiqədə fərqlənib.

29-cu dəqiqədə isə Samet Akaydın öz qapısına qol vurub. 2:0.

XXX

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun daha bir oyunu başlayıb.

Globalinfo.azın məlumatına görə, Türkiyə – Portuqaliya matçı Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

Qarşılaşmanı almaniyalı Feliks Şvayer idarə edir.

Qeyd edək ki, Türkiyə ilk matçda Gürcüstana (3:1), Portuqaliya isə Çexiyaya (2:1) qalib gəlib.

F qrupunda II turun bu gün baş tutan Gürcüstan – Çexiya matçında qalib müəyyənləşməyib – 1:1.

AVRO-2024 iyulun 14-də başa çatacaq.