AVRO-2024: Macarıstan Şotlandiyanı minimal hesabla məğlub etdi

Şotlandiya – Macarıstan görüşü macarların minimal hesablı qələbəsi ilə başa çatıb.

Yeganə qolu 90+10-cu dəqiqədə Kevin Çobot Şotlandiya yığmasının qapısından keçirib.

Bu qələbə sayəsində 3 xal qazanan Macarıstan A qrupunu üçüncü sırada başa vurub. Şotlandiya isə 1 xalla sonuncu olub.

***

İkinci hissə başladı.

***

Şotlandiya – Macarıstan qarşılaşmasında ilk hissə qolsuz başa çatdı.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Şotlandiya – Macarıstan görüşü start götürüb.

Globalinfo.az xəbər verir ki, A qrupunun oyunu Ştutqartdakı “MHP Arena”da keçirilir.

Qarşılaşmanı argentinalı baş hakim Fakundo Telyo idarə edir.