AVRO-2024: Sloveniya və Danimarka matçı heç-heçə bitdi

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha bir görüş keçirilir.

Globalinfo.az xəbər verir ki, C qrupunun ilk matçında Sloveniya və Danimarka milliləri üz-üzə gəlir.

Ştutqart şəhərindəki “MHP Arena” stadionunda keçirilən görüşü isveçrəli hakim Sandro Şerer idarə edir.

***

Sloveniya – Danimarka matçında hesab açılıb.

17-cı dəqiqədə Kristian Eriksen Danimarka millisini hesabda önə çıxarıb.

***

Sloveniya – Danimarka matçında hesab bərabərləşib.

Erik Yanja 77-ci dəqiqədə bərabərliyi təmin edib.

***

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Sloveniya – Danimarka matçında qalib müəyyənləşməyib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.