AVRO-2024: İspaniya Almaniyaya qalib gəldi, yarımfinala yüksəldi

AVRO-2024: İspaniya Almaniyaya qalib gəldi, yarımfinala yüksəldi

İspaniya millisi Almaniyanı 2-1 məğlub edərək yarımfinala yüksəldi.

***

90 dəqiqə ərzində qalib müəyyənləşmədiyi üçün əlavə 30 dəqiqə oynanılır.

***

Matçın 89-cu dəqiqəsində Virtz Almaniyanın bərabərlik qolunu vurdu: 1-1.

***

Olmo 52-ci dəqiqədə İspaniya millisini hesabda önə keçirdi: 1-0.

***

İspaniya – Almaniya qarşılaşması start götürdü.

Canlı yayımı təqdim edirik:


***

Avro-2024-ün 1/4 finalında bu gün keçiriləcək İspaniya – Almaniya oyunu üçün start heyətlər bəlli olub.

Globalinfo.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

İspaniya : Simon, Karvahal, Le Norman, Kukurelya, Laport, Ruis, Rodri, Pedri, Yamal, Morata, Uilyams.

Almaniya : Noyer, Rudiqer, Raum, Ta, Kimmix, Havertz, Kroos, Musiala, Sane, Gündoğan, Can.