AVRO-2024: Belçika Slovakiyaya minimal hesabla uduzdu

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının növbəti matçı “Frankfurt Arena”da keçirilib.

E qrupunun növbəti görüşü Belçika – Slovakiya milliləri arasında gerçəkləşib.

 

Matçı türkiyəli hakim Halil Umut Meler idarə edib.

AVRO-2024

E Qrupu

20:00. Belçika – Slovakiya 0:1
Qol: Şranz, 7

Baş hakim: Halil Umut Meler (Türkiyə)
Frankfurt. “Frankfurt Arena”

***

Belçika – Slovakiya matçında hesab açılıb.

7-ci dəqiqədə slovakiyalı İvan Şrants fərqlənib.

***

Almaniya keçirilən futbol üzrə Avropa çempionatının E qrupunda daha bir oyun başlayıb.

Globalinfo.az xəbər verir ki, Belçika – Slovakiya matçı Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

Qarşılaşmanı türkiyəli Halil Umut Meler idarə edir.