AVRO-2024: Fransa qələbə ilə başladı

Görüşün taleyini bir qol həll edib. Maksimilian Vöberin 38-ci dəqiqədə avtoqolu fransızlara qələbə qazandırıb.

***

Avstriya – Fransa oyununda ilk hissə başa çatıb.

Globalinfo.az xəbər verir ki, Fransa yığması fasiləyə öndə yollanıb.

***

38-ci dəqiqədə avtoqol sayəsində Fransa millisi irəli çıxıb: 0 – 1

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının D qrupunda daha bir oyuna start verilib.

Globalinfo.az xəbər verir ki, Bakı vaxtı ilə saat 23:00-da Avstriya – Fransa matçı başlayıb.

Görüşü ispan Xesus Gil Manzano idarə edir.