AVRO-2024: İsveçrə İtaliyanı məğlub edərək 1/4 finala yüksəlib

Berlindəki Olimpiya stadionunda reallaşan matç isveçrəlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu nəticənin ardından 1/4 finala yüksələn İsveçrənin rəqibi İngiltərə – Slovakiya cütünün qalibi olacaq.

XXX

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İsveçrə və İtaliya yığmaları arasında 1/8 final görüşündə hesab növbəti dəfə dəyişib.

Globalinfo.az xəbər verir ki, ikinci hissənin əvvəlində isveçrəlilər fərqi iki topa çatdırıblar – 2:0.

46-cı dəqiqədə Ruben Varqas fərqlənib.

XXX

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İsveçrə və İtaliya yığmaları arasında 1/8 final görüşündə ikinci hissə başlayıb.

Globalinfo.az xəbər verir ki, Berlindəki Olimpiya stadionunda reallaşan matçda isveçrəlilər 1:0 hesabı ilə öndədirlər.

37-ci dəqiqədə Remo Froyler adını tabloya yazdırıb.

XXX

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İsveçrə və İtaliya yığmaları arasında 1/8 final görüşündə ilk hissə başa çatıb.

Globalinfo.az xəbər verir ki, Berlindəki Olimpiya stadionunda reallaşan matçda isveçrəlilər 1:0 hesabı ilə öndədirlər.

37-ci dəqiqədə Remo Froyler adını tabloya yazdırıb.

XXX

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsində üz-üzə gələn İsveçrə və İtaliya yığmalarının görüşündə hesab açılıb.

Globalinfo.az xəbər verir ki, Berlindəki Olimpiya stadionunda keçirilən matçda isveçrəlilər hesabda önə çıxıb.

37-ci dəqiqədə Remo Froyler adını tabloya yazdırıb.

XXX

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsində üz-üzə gələn İsveçrə və İtaliya yığmalarının görüşü başlayıb.

Globalinfo.az xəbər verir ki, qarşılaşma Berlindəki Olimpiya stadionunda keçirilir.

Qeyd edək ki, görüşü polşalı baş hakim Şimon Marçinyak idarə edir.