ATƏT/DTİHB 300-dən çox müşahidəçi istəyir – Səbəb

ATƏT/DTİHB 300-dən çox müşahidəçi istəyir - Səbəb

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) iştirakçı ölkələrdən Azərbaycanda növbədənkənar parlament seçkiləri üçün 300-dən çox müşahidəçi istəyib.

Globalinfo.az xəbər verir ki, “Report”a bu barədə diplomatik mənbələrdən bildirilib.

Məlumata görə, uzunmüddətli missiyası üçün 30, qısamüddətli missiya üçün 280 müşahidəçi istənilib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.