Ata Abdullayev məhkəmənin qərarı ilə şərti azadlığa buraxılıb.

Globalinfo.az-ın məlumatına görə, Oxu.Az xəbər verir ki, Xəzər Rayon Məhkəməsinin qərarı ilə Penitensiar Xidmətin Binə qəsəbəsində yerləşən 17 saylı cəzaçəkmə müəssisəsindən, cəzasının çəkilməmiş hissəsindən azad edilərək şərti azadlığa buraxılıb.

***16:03

Həbsdə olan bloger Ata Abdullayev azadlığa çıxıb.

Globalinfo.az xəbər verir ki, o, Xəzər Rayon Məhkəməsi tərəfindən cəzasının qalan hissəsindən azad edilib.

Xatırladaq ki, A.Abdullayev 2021-ci ildə həbs edilib. O, Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə təqsirli bilinmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Abdullayev 7 il azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, məlumatı ilk olaraq Bakues.az saytı yayıb.

Paylaş: