Qanvermə aksiyası ilə bağlı hazırki statistika açıqlandı – YENİLƏNİB

Qanvermə aksiyası ilə bağlı hazırki statistika açıqlandı - YENİLƏNİB

Qanvermə aksiyası ilə bağlı saat 16:00 olan məlumat açıqlanıb.

Səhiyyə Nazirliyindən Globalinfo.az-a verilən mılumata görə, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı tərəfindən Aşura günü ilə əlaqədar Bakı şəhəri və müxtəlif regionlarda keçirdiyi könüllü qanvermə aksiyasında saat 16:00 kimi 1699 nəfər qan verib: (1210 nəfər paytaxt üzrə, 489 nəfər regionlar üzrə).

***13:13

Qanvermə aksiyası ilə bağlı saat 12:00 qədər olan statistika açıqlanıb.

Səhiyyə Nazirliyindən Globalinfo.az-a verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə Məhərrəm ayının 10-u – Aşura ilə əlaqədar könüllü qanvermə aksiyası davam etdirir.

Saat 12:00 kimi olan məlumata əsasən, ümumillikdə respublika üzrə 885 vahid qan yığılıb. Onlardan Bakı üzrə 630, regionlarda da isə 255 vahid.

***09:12

Bu gün Azərbaycanda Aşuradır.

Globalinfo.az xəbər verir ki, Aşura günü ilə bağlı könüllü qanvermə aksiyası başlayıb.

Qanvermə aksiyaları Bakı şəhəri üzrə: Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı, Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı, Nizami rayonu Sahib-əz-zaman məscidi, Səbail rayonu Bibiheybət məscid ziyarətgahı, Suraxanı rayonu Qaraçuxur məscidi, Yasamal rayonu Təzə Pir məscidi, Yasamal rayonu Hacı Soltanəli məscidi, Binəqədi rayonu İmam Əli məscidi, eyni zamanda, Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində keçirilir.

Ümumilikdə, qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçirilir.

Qeyd edək ki, Məhərrəm ayı iyulun 19-da başlayıb.