Astarada tələbə dənizdə boğularaq ölüb.
Globalinfo.az xəbər verir ki, hadisə şəhər ərazisindəki nəzarətsiz çimərlikdə olub.
Birinci kurs tələbəsi olan Lerik rayon sakini Tunar Taleh oğlu Qafarov 9 illik tədrisi bitirərək, Astarada kollecdə təhsilini davam etdirib.
Qeyd edək ki, Tunar Qafarov axşam saatlarında dostları ilə dənizdə çimərkən boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.














