
Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.
Globalinfo.az xəbər verir ki, iclas iştirakçıları mayın 19-u helikopter qəzasında həlak olan İran Prezidenti Seyid İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.














