Aşotyan: “Erməni xalqı milli fəlakət ərəfəsindədir”

Aşotyan: "Erməni xalqı milli fəlakət ərəfəsindədir"

“Ermənistanda bu gün əhalini yalnız məişət səviyyəsində yaşamaq birləşdirir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib.

“Nikolun xalqımızla bağlı etdiyi ən təhlükəli şey unikal mikrosivilizasiyanı məhv etməsi oldu. Cəmiyyətin bölünməsi milli fəlakətə çevrilib. 2018-ci ilə qədər bizi milli maraqlar, identiklik və mədəniyyətə əsaslanan dəyərlər birləşdirirdi. 2018-ci ildən sonra ilə cəmiyyətin əsas hissəsini nikolomaniya birləşdirdi. 2020-ci ildən sonra erməni xalqını heç nə birləşdirmir”, – o bildirib.

İlkin
Globalinfo.az