Separatçı “deputat”lara Ermənistanda yeni qadağa

Qarabağdan köçən keçmiş qondarma rejimin “deputatlarının” Ermənistandan çıxışına qadağa qoyulub. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Separatçılardan Qeqam Stepanyanın Ermənistandan xaricə səfər etmək üçün Zvartnots beynəlxalq hava limanına getdiyi, lakin çıxışına icazə verilmədiyi və geri qaytarıldığı bildirilir.

Məlumata görə, digər “artsax deputatları” üçün də eyni qadağa tətbiq olunur. Səbəb isə onların bir-bir Ermənistan İstintaq Komitəsinə dəvət olunması və ifadələrinin alınmasıdır.

Qeyd olunur ki, onlardan antiterror əməliyyatlarından öncə Qarabağdakı son vəziyyət, Araik Arutyunyanın qəfil istefasının səbəbi soruşulur.

Ayşən Mustafa
Globalinfo.az