“Çatışmazlıq barədə danışsam, gərək bütün oyunları xatırlayım. Məncə, artıq gecdir”.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXXV turunda evdə “Səbail”ə 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis “Səbail”lə oyunlarda daha yaxşı oynamaları barədə danışıb: “İlk oyunda yeni gəlmişdik, futbolçularda motivasiya fərqli idi. İndi də çox rahatçılıq var idi. Elə matçlar var idi ki, bundan da yaxşı oyunlar göstərmişdik. Elə son matçlara baxsaq, “Turan Tovuz”la oyunu xatırlayıram. Nə çatmırdı? Elə həmin şeylər çatmırdı ki, istədiyimizdən xeyli uzaq qaldıq. Bunlar bizi düşünməyə və analiz etməyə məcbur edir. Bu çatışmazlıqlar üzərində işləyirik. Yeni mövsümdə daha fərqli komanda olmağa məcburuq”.
O, kubokla çempionat arasında prioritet tutmadıqlarını söyləyib: “Kubok və çempionatı bölməmişdik. Anlayırıq ki, hansı klubdayıq, hər bir oyunun məsuliyyətinin olduğunu bilirik.. Əlimizdə sırf kuboku tutub, çempionata başqa motivasiya ilə çıxmırdıq. Belə şeylər yox idi. Oyunları yadımıza salsaq, sadəcə şanssızlıq oldu. Sonda şansımız kubokda idi. Ona başqa cür hazırlaşdıq. Futbolçular da onu da çıxış yolu kimi görmüşdülər. “Sabah”la görüşə də yaxşı başladıq, momentləri qola çevirsə idik finalda biz oynayardıq. Kubok və çempionatda ayrıseçlik etmədik, bundan sonra da etməyəcəyik. Əfsuslar olsun ki, bizimkisi heç birində gətirmədi”.














