Artıq evdən çıxmadan, tək şəxsiyyət vəsiqəsi ilə… – Onlara xoş xəbər

Artıq evdən çıxmadan, tək şəxsiyyət vəsiqəsi ilə... - Onlara xoş xəbər

Azərbaycanda “e-ahik” elektron informasiya sistemi istifadəyə verilib.

Globalifo.az xəbər verir ki,  bununla bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) bugünkü tədbirində konfederasiyanın Aparat rəhbərinin müavini Abbas Əliyev məlumat verib.

Onun sözlərinə görə, AHİK üzvləri evdən çıxmadan və canlı təmas yaratmadan sanatoriya, eləcə də istirahət mərkəzlərinə yollayış əldə edə biləcək.

“Müraciətlər elektron şəkildə, sadəcə tək şəxsiyyət vəsiqəsi ilə həyata keçiriləcək. Təsdiq alan şəxslər təqdim edilən sənədlə sanatoriya və istirahət mərkəzinə yaxınlaşa biləcəklər. Bu,  AHİK üzvlərinin işini asanlaşdıracaq”.

Zaira Akifqızı
Globalinfo.az